RU

ONUNLA NƏ DANIŞACAĞIQ Kİ? Özəl Kılıçdaroğlunun zəngini cavabsız qoyub

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında siyasi böhran daha da dərinləşib. Belə ki, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Ankara Bölgə Apellyasiya Məhkəməsinin 36-cı Hüquq Dairəsi qərar qəbul edib.

Qərara əsasən, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Daha sonra Özgür Özəl, keçirilən MYK toplantısından sonra CHP Baş qərargahında açıqlamalar verib.

Kamal Kılıçdaroğlu ilə danışıb-danışmadığı ilə bağlı suala cavab verən Özəl, onun telefon zənginə cavab vermədiyini bildirib:“Çox sıx görüşlərimiz oldu. Siyasi partiyaların keçmiş liderləri bizi ziyarət etdi. Çox sayda telefon gəldi. Zəng edənlər arasında cənab Kılıçdaroğlu da var. Amma hələ ona geri dönüş etməmişəm. Onunla nə danışacağıq ki? Bu gecənin psixoloji vəziyyətində o telefon danışığının bir mənası yoxdur”.

Özəl əlavə edib ki, CHP daxilində “Bu qərar məhkəmə qərarıdır, hörmət etmək lazımdır” deyən bir millət vəkilinin intizama göndərildiyini xatırladaraq, Kılıçdaroğlunun məhkəmə qərarı ilə yenidən CHP rəhbərliyinə qayıtmaq istəyəcəyinə inanmaq istəmədiyini deyib.

“Əgər bu telefon danışığı məhkəmə qərarını legitimləşdirmək və ya onunla uzlaşmaq məqsədi daşıyırsa, mən bununla razılaşmaram. Çünki o zaman xalqla uzlaşa bilmərəm”, – deyə Özəl vurğulayıb.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
azpolitika.info

1Источники