RU

Namibiya şəhərlərində xidmətlər vahid rəqəmsal platformada birləşdiriləcək

Bakı, 22 may, AZƏRTAC

Namibiyanın Vindhuk və Skort kimi şəhərlərində ictimai xidmətlərin rəqəmsallaşdırılması istiqamətində tərəfdaşlarla birgə mərhələli fəaliyyətə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri texnologiya və innovasiya üzrə mütəxəssis Livia Şaffer Nono Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadəcə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif kommunal və ictimai xidmətlərin vahid sistemdə idarə olunması nəzərdə tutulur: “Tərəfdaşlarla aparılan təhlillər nəticəsində belə qənaətə gəlinib ki, müxtəlif ictimai xidmətlər barədə məlumatları bir platformada birləşdirən sistem olduqca faydalı ola bilər. Belə bir platforma, məsələn, sayğac nasazlığı, su təchizatı məntəqələrində təmir ehtiyacı və digər xidmətlərlə bağlı müraciətlərin real vaxt rejimində izlənilməsinə imkan yaradacaq”.

Müxbir - Aynur Əlixanlı

Избранный
29
1
azertag.az

2Источники