Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti dünyanın nüfuzlu platformalarından biri olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF 13) uğurla təmsil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında çıxışı zamanı bildirib.
Rektor qeyd edib ki, WUF 13-ün Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun və ölkəyə göstərilən yüksək etimadın göstəricisidir.
Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında gənclərin fəallığı xüsusi diqqət çəkir. Rektor vurğulayıb ki, festival böyük əhəmiyyət daşıyır və “ağıllı şəhər”, “ağıllı kənd” yanaşmaları texnologiyanın həyatın bütün sahələrinə inteqrasiyasını sürətləndirir.
O qeyd edib ki, Naxçıvan Dövlət Universiteti tələbələrinin festivalda fəal iştirakı ali təhsil müəssisəsində innovasiya, rəqəmsal düşüncə və startap mədəniyyətinin formalaşdığını göstərir. Onun sözlərinə görə, universitetdə gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafına xüsusi önəm verilir.
Müxbir- Nail Əsgərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.