RU

ADY nin reklam çarxı tənqidlərə tuş gəldi

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan və Gürcüstan hökumətləri arasındakı razılaşmadan sonra Bakı-Tbilisi-Bakı sərnişin daşıma reysləri həyata keçiriləcək.

Ancaq bir neçə gündür ki, əldə edilən bu razılaşma tənqidlərə də məruz qalır.

Gununsesi.info xəbərinə görə, ADY-nin sözügedən məsələ ilə bağlı çəkdiyi reklam mətni vətəndaşların həm gülüşünə, həm də qəzəbinə səbəb olub.

Belə ki, kimisi həmin paylaşımın həddən artıq pafoslu olduğunu, sanki reklama çəkilən şəxsin həbsxanadan azadlığa çıxması sevincini yaşadığını qeyd edir.

Digər istifadəçilər isə baha qiyməyə bilet alan şəxsi qınayır.

Qeyd edək ki, Bakı–Tbilisi qatarının qiyməti 81 manat olacaq.

Bakı–Tbilisi–Bakı marşrutu ilə müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

Marşrut üzrə səyahət tarifləri bu cürdür:

1-Bakı–Tbilisi: 81 AZN-dən

2-Yevlax–Tbilisi: 67 AZN-dən

3-Gəncə–Tbilisi: 62 AZN-dən

4-Ağstafa–Tbilisi: 57 AZN-dən

5-Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
icma.az

1Источники