RU

Meksika rəsmisi: Torpaq hüquqları və özünüidarəetmə aborigenlərin əsas tələbləridir

Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Meksika hökuməti aborigen xalqların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bəyan edib.

APA-Economics” xəbər verir ki, bunu Meksikanın Xarici İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Təşkilatları ilə Əlaqələr üzrə baş direktoru Mariana Posada Lombana deyib.

Onun sözlərinə görə, Meksikada təxminən 17 milyon nəfər özünü aborigen kimi tanıyır ki, bu da ölkə əhalisinin 15%-ni təşkil edir.

Mariana Posada Lombana bildirib ki, aborigen xalqlar vahid qrup deyil və onların hər birinin özünəməxsus dili, mədəniyyəti və ənənələri var. Buna görə də bütün icmalara eyni yanaşmanın tətbiqi mümkün deyil.

O qeyd edib ki, Meksika Konstitusiyası aborigen xalqların özünüidarəetmə, öz müqəddəratını təyin etmə və torpaqdan istifadə hüquqlarını tanıyır. Meksika rəsmisi hesab edir ki, bu hüquqların qorunması üçün dövlətlər məsələyə ən yüksək hüquqi səviyyədə yanaşmalıdır.

Избранный
47
1
apa.az

2Источники