RU

“Bərpa işlərində ən vacib amil təhlükəsizlik və koordinasiyadır” - Ramil Cahangirov

“Bütün bərpa işlərini planlamaq üçün ən vacib nüans təhlükəsizlikdir. Bütün sahələrin təhlükəsiz olduğunu təmin etmək üçün planlaşma qurulub. Çıxışlarımızda həftələrlə koordinasiyanın necə vacib olduğunu vurğulamışıq. Növbəti addımımızda əmin olmalıyıq ki, ərazilər minadan təmizlənib. Ən çirkli sahələri müəyyən etməliyik”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar mina təmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbəsinin müdiri Ramil Cahangirov dedi.

“Minatəmizləmə birliyi ilə ciddi ahəng içində olmalıyıq ki, işlər təhlükəsiz həyata keçirilsin. Təkcə yaşayış məskənlərini təmizləmək yox, infrastrukturu da düzgün qurmalıyıq. Düzgün koordinasiya içində işləmək lazımdır. Eyni zamanda məskunlaşma yerlərinin sərhədlərini sadəcə təmin etmək yox, həm də normal və davamlı yaşam keyfiyyətini təmin etmək üçün əlimizdən gələni etməliyik, xüsusilə geri qayıdanlar üçün.

Bəzi sahələr xüsusi təhlükə daşıyır. Onların bərpa olunmasını əlimizdən gəldiyi qədər təmin etməliyik. Əlbəttə ki, mütləq formada ANAMA və digər iştirakçılarla birlik içində olmalıyıq. Əlimizdən gələni etməliyik ki, riskləri minimuma endirək”.

Aytəkin TOFİQQIZI

Избранный
22
redaktor.az

1Источники