RU

Kilosu 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır – FOTO

Dağlıq ərazilərin sakinləri yüksək qida dəyərinə malik olan işqın (uşqun) bitkisini toplmaq üçün dağların yolunu tutmağa başlayıblar. Sərt keçən qış fəslindən sonra qarların əriməsi ilə yüksək hündürlüklü yaylalarda canlanma yaranıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, kiloqramı ilk vaxtlar 37 AZN-dən satışa çıxarılan, lakin mövsümün pik nöqtəsində 10 AZN-ə qədər düşən bu bitkini toplamaq istəyənlər səhər tezdən yola düşürlər.

İşqın, uşqun və ya uçqun adları ilə tanınan bu təbii bitkini toplmaq üçün qayalıq və kələ-kötür zirvələrə dırmaşmaq lazım gəlir.

Uşqun bir çox müalicəvi sirləri özündə birləşdirir. Bitkinin tərkibi mineral və vitaminlərlə olduqca zəngindir. Ondan xalq arasında şəkər, xərçəng, ürək xəstəliklərində, immun sistemin möhkəmləndirilməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında, həzm prosesinin yaxşılaşdırılmasında geniş istifadə olunur.

Dağlardan böyük zəhmətlə toplanan bu bitki həm yerli əhalinin süfrələrini bəzəyir, həm də bazarlarda satılaraq ailə büdcəsinə əlavə gəlir gətirir. Sakinlər bu prosesi “yorucu, amma bir o qədər də keyfiyyətli və əyləncəli” bir məşğuliyyət kimi xarakterizə edirlər.

Azərbaycanda bu bitki, daha çox Naxçıvanda məşhurdur və məişətdə istifadə olunur.

Избранный
23
5
konkret.az

6Источники