RU

Paşinyan Başkənd haqqında danışıb: Bu, mürəkkəb məsələdir

“Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsasən ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb və bu əsasda delimitasiya aparıblar. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan müvafiq olaraq Ermənistan SSR və Azərbaycan SSR ilə eynidir.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, o seökıqabaüş tiblıüat kampanıyasş zamanş çıxışında anklavlar məsələsinə toxunarkən, Gədəbəy rayonu ərazisində olan Başkənd barədə də fikirlər səsləndirib.

“Biz özümüzdə anklav məsələsindən imtina edə bilmərik. Çünki bizim də Artsvaşenimiz (Başkənd) var. Mən bundan imtina edə bilmərəm, çünki bu, cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsasdır. Heç kim Ermənistanın suveren ərazisindən imtina edə bilməz. Amma bu, mürəkkəb məsələdir.

Hazırda bu məsələnin həlli ilə bağlı heç bir razılaşma yoxdur. Bu mövzuda danışarkən, Ermənistanın suveren ərazisinin qaytarılmasından danışıram. Delimitasiya zamanı müəyyən optimallaşdırma baş verərsə, bu baş verə bilər və bu proses o zaman ictimaiyyət üçün açıq və şəffaf olacaq.

Bir şey aydındır: delimitasiya nəticəsində Ermənistanın ərazisi 29.743 km2 olacaq; bu, möhkəm məntiqdir. Yol və infrastruktur problemləri delimitasiya zamanı həll olunacaq”, - deyə Paşinyan qeyd edib.

Избранный
17
herbiand.az

1Источники