RU

İraqın Fars körfəzində iki gəmi ilə əlaqəsi kəsilib

Yazını böyüt
Yazını kiçilt

Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi ilə əlaqə kəsilib, lakin İraq dəniz limanı rəhbərliyi onlardan heç bir təcili yardım siqnalı almayıb.

Hafta.az xəbər verir ki, bu barədə İraq Dəniz Limanları Baş Şirkəti məlumat yayıb.

"İraq ərazi sularındakı Dəniz İdarəsi və Xüsusi Axtarış və Xilasetmə Mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir mesaj və ya təcili yardım siqnalı almayıb. Onlar İraq ərazi sularına daxil olmayıblar. Şirkət bildirib ki, Fars körfəzi bölgəsində yerləşən bir neçə limanın təhlükəsizlik orqanlarından, eləcə də iki gəminin sahiblərindən əlaqənin kəsildiyi gəmilərlə bağlı hər hansı məlumatın təqdim edilməsi xahişi ilə məktublar alıb", - məlumatda deyilir.

Избранный
40
6
hafta.az

7Источники