RU

İstanbulda məşhurlara qarşı narkotik əməliyyatı: 10 nəfər sərbəst buraxıldı

İstanbulda
İstanbulda narkotik vasitələrin istifadəsi və yayılması ilə bağlı aparılan istintaq çərçivəsində bir sıra məşhur şəxslər saxlanılıb. 1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı aktyor, müğənni, reper və sosial media fenomenləri də daxil olmaqla çox sayda şübhəli polis tərəfindən nəzarətə götürülüb.
Məhkəmənin qərarına əsasən, Aslıhan Turanlı, Berkay Şahin, Volkan Bahçekapılı, Kübra İmren, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Cansu Tekin, Yaşar Özdaş və reper Hakan Aydın barəsində ölkədən çıxış qadağası tətbiq edilərək sərbəst buraxılıb. Hakan Aydın üçün əlavə olaraq həftədə iki dəfə imza vermə öhdəliyi qoyulub. İstintaq çərçivəsində saxlanılan Mehmet Rahşan isə məhkəmə qərarı ilə həbs olunub.

Bakırköy Cumhuriyet Başsavcılığı bildirib ki, əməliyyatlar İstanbulun bir neçə rayonunda və Muğla şəhərində keçirilib. Axtarışlar zamanı narkotik maddələr, ekstazi həbləri, elektron siqaretlər və digər qadağan olunmuş vasitələr aşkarlanaraq götürülüb.

Избранный
27
1news.az

1Источники