RU

Bu Avropa ölkəsi “dişinə qədər” silahlanır

Hollandiya Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrinin satınalma proqramına təxminən 7,3 milyard avro ayırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumat Krallığın Müdafiə Nazirliyinin 2026-cı il üçün layihə icmalında yer alıb. Sənəddə qeyd olunur ki, hakimiyyət orqanları eyni zamanda bu təyyarələr üçün taktiki silahların, eləcə də orta və uzun mənzilli raketlərin alınması üçün yeni layihələrə başlayacaqlar. Bundan əlavə, artıq alınmış qırıcı təyyarələrin modernləşdirilməsi üçün təxminən 3,5 milyard avro ayrılması planlaşdırılır.

Eyni zamanda Hollandiya digər silah növlərinə xərcləri də artırır. Xüsusilə freqatların dəyişdirilməsinə 2,5 milyard avrodan çox, hərbi nəqliyyat təyyarələrinin modernləşdirilməsinə 1,4 milyard avrodan çox və hava hücumundan müdafiə sistemlərinin, artilleriya qurğularının inkişafına və Leopard 2A8 tanklarının alınmasına bir neçə milyard avro daha çox vəsait ayrılıb.

Qeyd edək ki, 30 yanvarda yeni Holland hakim koalisiyasının liderləri koalisiya müqaviləsinin mətnini təqdim etdilər. Orada qeyd olunur ki, yeni kabinet növbəti üç il ərzində Ukraynaya hərbi dəstək üçün hər il 3 milyard avro ayıracaq. Həmçinin ölkənin hərbi xərcləri NATO-nun müəyyən etdiyi ÜDM-in 3,5 faizi həcminə çatdırılacaq.

Musavat.com

Избранный
46
musavat.com

1Источники