RU

GÜNÜN HAVASI: 24 dərəcə isti, dolu, qar...

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qısamüddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
70
49
bizim.media

10Источники