RU

“Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq” Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilən epidemiya ölkənin şərqində, xüsusilə Cənubi Kivu və İturi əyaləti istiqamətində qeydə alınıb.

Bu ərazilərin bir hissəsi M23 hərəkatınin nəzarəti altındadır.

Rəqəmlərə əsasən, ölkənin Milli İctimai Səhiyyə İnstitutu (INSP) təxminən 671 şübhəli hal qeydə alıb, onlardan 160-ı ölümcül nəticələnib. 64 təsdiqlənmiş yoluxma və 6 təsdiqlənmiş ölüm faktı da açıqlanıb.

Epidemiyanın qarşısının alınması isə regionda davam edən silahlı qarşıdurmalar səbəbindən çətinləşir. Xüsusilə hökumət qüvvələri ilə M23 arasında gərginlik səhiyyə xidmətlərinin çatdırılmasına ciddi maneələr yaradır.

Bölgədə fəaliyyət göstərən humanitar nümayəndələr bildirirlər ki, minlərlə məcburi köçkün üçün əsas sanitariya şəraiti belə mövcud deyil. İturinin mərkəzi Bunia yaxınlığında yerləşən düşərgələrdən birinin nümayəndəsi vəziyyəti “kritik” adlandırıb.

“16 min köçkün üçün nə əl yumaq üçün yer, nə də minimal gigiyena şəraiti var. Əgər epidemiya burada daha geniş yayılsa, nəticələr fəlakətli ola bilər”, – deyə yerli rəsmilər xəbərdarlıq ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
1
qafqazinfo.az

2Источники