RU

“Real Madrid”də Mbappe böhranı

“Real Madrid”in düşərgəsində Kilian Mbappe ilə bağlı problemlərin yaşandığı iddia olunur. Metbuat.az xəbər verir ki, ispaniyalı jurnalist Xosep Pedrerol belə iddia irəli sürüb. Onun sözlərinə görə, xüsusilə Xabi Alonsonun komandadan ayrılmasından sonra paltardəyişmə otağında münasibətlər daha da soyuyub. Pedrerol iddia edib ki, Mbappe paltardəyişmə otağında digər futbolçular tərəfindən təcrid olunub. Jurnalistin sözlərinə görə, fransalı hücumçu Xabi Alonso ilə işləməyə üstünlük versə də, bəzi futbolçular bunun əleyhinə olub.

Qeyd edək ki, son dönəmlərdə İspaniya mediasında Mbappenin bəzi komanda yoldaşları ilə fikir ayrılığı yaşadığı barədə xəbərlər yayılır. Hücumçunun İtaliyaya səfəri də bu iddiaları daha da gücləndirib.

Избранный
1
15
metbuat.az

10Источники