RU

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı

Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı başlayıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından almaq mümükündür.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. İlk qatar mayın 25-də saat 23:10-da Bakıdan yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar hər gün saat 21:00-da Tbilisidən çıxaraq saat 06:24-də Bakıya gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
1
olaylar.az

2Источники