Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının finalına yüksəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.