RU

Alimlər tarix yazdı: klon inəkdən sağlam buzov doğuldu

Rusiyada klonlaşdırılmış inəyin ilk dəfə bala verməsi elmi dairələrdə diqqət çəkən hadisəyə çevrilib.

Musavat.com xəbər verir ki, Krasnodar vilayətinin Ust-Labinsk rayonunda yerləşən təsərrüfatda “Zvezdoçka” adlı klonlaşdırılmış inək sağlam dişi buzov dünyaya gətirib. Bildirilib ki, yeni doğulan buzovun çəkisi 39 kiloqram olub və ona “Daryona” adı verilib.

Alimlər bu hadisəni yüksək məhsuldarlıqlı mal-qara genotiplərinin qorunmasına yönəlmiş geniş elmi eksperimentin mühüm nəticəsi kimi qiymətləndirirlər.

Qeyd edək ki, “Zvezdoçka” 2024-cü ilin martında dünyaya gəlib və rekord həcmdə süd verən inəyin genetik surəti hesab olunur. Həmin inəyin bir laktasiya dövründə 18 tona qədər süd verdiyi açıqlanıb.

Musavat.com

Избранный
142
musavat.com

1Источники