RU

Türkiyə siyasətində yeni qarşıdurma – Özgür Özəl binanı tərk etmir

Türkiyədə CHP ətrafında siyasi gərginlik davam edir. Partiya sədri Özgür Özəl son açıqlamaları ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, CHP lideri partiya daxilində və siyasi gündəmdə baş verən proseslərlə bağlı sərt mesajlar verib.

Özgür Özəl bildirib ki, onların günahı pensiyaçılar və minimum əməkhaqqı alan insanlar üçün ümid olmaqdır. O, Türkiyənin uzun illər müxalifətdə qalmaqdan məmnun olan siyasətçilərə deyil, ölkənin problemlərini həll edəcək hakimiyyət qurmağa çalışan liderlərə ehtiyacı olduğunu deyib.

CHP sədri məhkəmə qərarı ilə bağlı da danışaraq bildirib ki, sənədin Türkiyə Ali Seçki Qurumu tərəfindən necə qiymətləndiriləcəyi və hansı hissələrinin qəbul ediləcəyini qarşıdakı günlər göstərəcək.

Özgür Özəl partiya üzvləri qərar verənə qədər CHP binasını tərk etməyəcəyini də açıqlayıb: Bu binadayam, otağımdayam, heç yerə getmirəm.

O əlavə edib ki, bu proses şəxsi siyasi maraq mübarizəsi deyil və CHP rəhbərliyi əbədi müxalifət rolunu qəbul etmir. Özəl lazım gələrsə, etirazların daha da genişlənəcəyini vurğulayaraq təslim olmayacağı mesajını verib. 

 

Musavat.com

Избранный
123
musavat.com

1Источники