RU

Keçmiş merin ailəsində dəhşətli qətl – nəvəsi onun cəsədini ətçəkən maşından keçirib

Samaranın sabiq meri Viktor Tarxovun nəvəsi, 31 yaşlı Yekaterina Tarxova ağır cinayətlərdə ittiham olunur.

Musavat.com xəbər verir ki, istintaqın versiyasına görə, Yekaterina Tarxova babası Viktor Tarxovun dərmanlarına zəhər qatıb. Daha sonra cinayətdə iştirak edən bir neçə nəfərlə birlikdə sabiq merin və həyat yoldaşının cəsədlərini parçalayıblar.

Məlumata əsasən, cəsəd qalıqları ətçəkən maşından keçirilib, qarabaşaq yarması ilə qarışdırılıb və zibil paketlərinə yerləşdirilərək müxtəlif zibil konteynerlərinə atılıb.

Yekaterina Tarxova qətl, oğurluq, dələduzluq və digər bir sıra cinayətlərdə ittiham edilir.

Musavat.com

Избранный
96
musavat.com

1Источники