Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, yığmanı bundan sonra Rolando Maran çalışdıracaq. 62 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Maran dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün istefaya göndərilən Silvinyonu əvəzləyib.
Qeyd edək ki, italyan mütəxəssis bundan əvvəl “Kalyari”, “Cenoa” və “Breşia” kimi İtaliya klublarını çalışdırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта