Bakırköy Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində 25 şübhəliyə qarşı əməliyyat keçirilib. Onlardan 14-ü saxlanılıb, ünvanlarında tapılmayan 11 nəfər barəsində isə axtarış qərarı verilib.
Musavat.com xəbər verir ki, adının istintaqda hallanmasına münasibət bildirən Tan Taşçı məsələni mediadan öyrəndiyini deyib:
“Adımın hallandığı qadağan olunmuş maddə əməliyyatı barədə mən də sizin kimi sosial mediadan və maqazin xəbərlərindən öyrəndim. Açığı, mən də təəccübləndim. Hazırda Bodrumdakı evimdəyəm və planlaşdırılan konsertlərimiz üçün İzmirə yola düşməyə hazırlaşıram. Məsələ ilə bağlı rəsmi prosesi vəkilim vasitəsilə izləyir, ətraflı məlumatı ondan gözləyirəm”.
Müğənni planlaşdırılan konsertlərin ləğv edilmədiyini də vurğulayıb.
Könül
Musavat.com