RU

Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər VİDEO

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağdam şəhərində "Ağıllı şəhər" konsepsiyası çərçivəsində inşa olunan ikinci yaşayış kompleksində 1 268 mənzil tikilib.

"Yeni Sabah" xəbər verir ki, kompleksdə bir, iki, üç və dördotaqlı mənzillər mövcuddur. Həmçinin uşaqlar üçün oyun meydançası da yaradılıb.

Uzun illərdən sonra doğma torpaqlarına qayıdan Ağdam sakini Pərvin Abışova duyğularını Baku TV ilə bölüşüb. Dördpendirli pizza

"Ağdam rayonunda dünyaya gəlmişəm. Ağcabədidə böyümüşəm. Uzun illər Vətən həsrəti ilə yaşamışıq. Qarabağın işğaldan azad olunması bizə böyük fəxarət, qürur hissi yaşatdı. Ağdam işğal olunanda sonuncu gün çıxan ailələrdən olmuşuq. Doğmalarımızı şəhid vermişik. O gündən Vətən həsrəti ilə böyüdük. Yuxularda Qarabağımıza gedirdik. Şükür ki, bu gün Qarabağdayıq, Ağdamdayıq. Çox gözəl hissdir", - o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
2
yenisabah.az

3Источники