RU

CHP-də sədr dəyişdi -

Türkiyədə əsas müxalifət qüvvəsi sayılan CHP-də rəhbərlik dəyişikliyi ilə bağlı mühüm qərar verilib.Metbuat.az xəbər verir ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi partiyanın 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayını hüquqi baxımdan etibarsız hesab edib. Məhkəmənin qərarına əsasən, partiya sədri Özgür Özel və rəhbər orqanların üzvlərinin səlahiyyətlərinə xitam verilib. Bununla yanaşı, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən partiya rəhbərliyinə qaytarılıb.

Bildirilir ki, qərar çərçivəsində əvvəlki partiya məclisi və Yüksək İntizam Şurasının da idarəetməni müvəqqəti şəkildə öz üzərinə götürməsi nəzərdə tutulub.

Избранный
37
metbuat.az

1Источники