RU

Şeri Ritsema-Anderson: Humanitar böhranlar zamanı milli sistemlərdən daha erkən mərhələdə istifadə olunmalıdır

Bakı, 21 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Humanitar yardım–inkişaf əlaqəsi və ərazi əsaslı yanaşma çərçivəsində məcburi köçkünlük proseslərinin idarə edilməsi” mövzusunda keçirilən tədbirdə qaçqınlar və humanitar böhranların idarə olunması məsələləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin İordaniya üzrə rezident-əlaqələndircisi Şeri Ritsema-Anderson qaçqınlarla iş sahəsindəki təcrübəsindən danışıb.

O bildirib ki, humanitar böhranlarla bağlı yeni iş yanaşmalarının formalaşdırılması vacibdir. Bu yanaşmada qanunvericilik və siyasi məsələlər də nəzərə alınmalıdır.

Şeri Ritsema-Anderson humanitar fəlakətlərlə bağlı fəaliyyətin ilk mərhələlərdən başlanmasının vacibliyinə diqqət çəkib. Humanitar böhranlar zamanı milli sistemlərdən daha erkən mərhələdə istifadə olunmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Müxbir - Mehrac Ağasiyev, Aydan Həsənli

Избранный
37
azertag.az

1Источники