RU

Mirzoyan Qərbi Azərbaycandan danışdı – İrəvandan yeni açıqlama

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qərbi Azərbaycan mövzusu ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Factor.am-a müsahibəsində Naxçıvanda keçirilən və Qərbi Azərbaycan mövzusuna həsr olunan tədbirə münasibət bildirib.

Mirzoyan qeyd edib ki, bu ritorika, eləcə də onun dövlət strukturları tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi sülh prosesinə, müstəqillik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsiplərinə uyğun gəlmir.

Erməni nazir əlavə edib ki, tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyiblər.

Musavat.com

Избранный
35
musavat.com

1Источники