RU

Zaqatalada irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün xeyriyyə aksiyası

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Zaqatala, 21 may, AZƏRTAC

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mayın 21-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən qanvermə aksiyasında 182 nəfər könüllü qan verib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Respublika Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Gün ərzində davam edən aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Ümumilikdə, 400-dək donor qan vermək üçün müraciət edib. Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb, səhhəti imkan verən şəxslərdən qan götürülüb.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Respublika Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Müxbir – Mustafa Dadaşov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
azertag.az

1Источники