RU

“Əl Nəsr” “Barselona”nın futbolçusunu transfer edə bilər

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın futbolçusu Dani Olmo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” ispan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Rudi Qaletti məlumat yayıb.

“Barselona” maliyyə problemləri səbəbindən Olmonu La Liqanın II dövrəsi üçün qeydiyyatdan keçirə bilməyib. “Əl Nəsr” vəziyyətdən istifadə edib, oyunçunu transfer etməyi planlaşdırır.

Olmo ötən yay “Leypsiq”dən “Barselona”ya keçib. O, La Liqada 11 oyunda 5 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
65
futbolpress.az

1Источники