RU

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

Dünya Şəhərsalma Forumu kimi forumlar dünyanın müxtəlif hökumətləri, çoxtərəfli sistem, inkişaf bankları və beynəlxalq maliyyə institutları tərəfindən görülmüş bütün işlərin qiymətləndirilməsi üçün çox vacibdir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Paula Gaviria deyib.

BMT rəsmisinin sözlərinə görə, bu, həm də insanların özləri tərəfindən göstərilən səyləri nümayiş etdirmək üçün də əhəmiyyətlidir. "Dağıdılmış şəhərlər və dünyadakı müxtəlif münaqişələr kontekstində məcburi köçkünlər, QHT-lər və vətəndaş cəmiyyəti insanların geri qayıtması və inteqrasiyası üçün onların səylərini dəstəkləyib. Ona görə də burada vətəndaş cəmiyyətlərinin təcrübələri də yer alır. Eyni zamanda, bələdiyyə orqanlarının və yerli hökumətlərin təcrübəsi də önəmlidir", - deyə Paula Gaviria diqqətə çatdırıb.

BMT rəsmisi WUF13-ün ölkələrin bir-birinə dəstəyi və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Избранный
54
azerbaijan-news.az

1Источники