RU

Qəzzada məcburi köçkünlərin çadırı vuruldu: Ölən və yaralananlar var

ain.az, Sitat.info saytına istinadən bildirir.

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi növbəti hava hücumu nəticəsində məcburi köçkün fələstinlilərin sığındığı çadır hədəfə alınıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hücum Qəzzanın cənubunda yerləşən Xan Yunisin qərbindəki əl-Məvasi bölgəsində qeydə alınıb. Bildirilir ki, həmin ərazidə minlərlə məcburi köçkün fələstinli çadırlarda yaşayırdı.

Hava zərbəsi nəticəsində azı bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu qeyd olunur.

Məlumata əsasən, İsrailin bu gün səhər saatlarından etibarən Qəzza zolağına endirdiyi hücumlar nəticəsində ümumilikdə azı dörd fələstinli həlak olub.

Bölgədə gərginlik davam edir. Humanitar vəziyyətin isə hər keçən gün daha da ağırlaşdığı bildirilir.

Tehran,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
1
sitat.info

2Источники