RU

Maşının konstruksiyasını dəyişib qayda pozan sürücü CƏRİMƏLƏNDİ VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər saytın “Whatsapp” xəttinə oxuculardan biri tərəfindən göndərilib. Kadrlardan aydın görünür ki, 77-TJ-807 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü birtərəfli yola hərəkətin əks istiqamətindən daxil olaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Bundan əlavə, sürücünün nəqliyyat vasitəsinin konstruksiyasına qanunsuz müdaxilə etdiyi də məlum olub. Belə ki, avtomobilin arxa yayları kəsilib, ön hissəsi isə süni şəkildə qaldırılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb, avtomobil isə texniki baxımdan əvvəlki vəziyyətinə qaytarılıb.Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
avtosfer.az

1Источники