RU

Adil Kərimli: "WUF13 forumu Azərbaycanın şəhərsalma və mədəniyyət siyasətini ön plana çıxardı”

“Azərbaycanda keçirilən bu forum nümunəvi və beynəlxalq tədbir kimi yaddaşlarda qalacaq”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan mədəniyyət naziri Adil Kərimli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Nazir vurğulayıb ki, müasir şəhərsalma strategiyaları, şəhərsalma mədəniyyəti, mədəni irsin qorunması və şəhərsalma nümunələri çox geniş müzakirəyə səbəb olur:

“Burada çox maraqlı mövzular fəal şəkildə həm xarici, həm daxili akademik təsisatların, həm beynəlxalq təşkilatların, həm də mütəxəssislərin iştirakı ilə müzakirə olunur.
Bugünkü çox maraqlı sessiyamızda məhz işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan təcrübəsi müzakirə olunub. “Peace4Culture” (Mədəniyyət naminə sülh) layihəsi təqdim olundu. Beynəlxalq təşkilatların iştirakı ilə bu gün çox maraqlı bir müzakirə həyata keçirildi.

Düşünürük ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan şəhərsalma mədəniyyəti, eyni zamanda mədəni irsin qorunması, onun bərpası təcrübəsi dünya üçün də maraqlı olacaq. Mübadilə formatında, dünyada bu sahə ilə məşğul olan və maraqlanan insanlar bu təcrübədən çox şey götürəcəklər”.

Nigar Həsənli
Musavat.com

Избранный
11
musavat.com

1Источники