RU

İran və BƏƏ arasında gərginlik artır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Ənvər Qarqaş İranın Hörmüz boğazına nəzarət etmək və ya BƏƏ-nin "dəniz suverenliyini pozmaq" cəhdlərinin "xəyaldan ibarət olduğunu" bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Qarqaş sosial şəbəkə hesabında etdiyi paylaşımda regiondakı mövcud vəziyyətə toxunub.

Fars körfəzindəki etimadın təcavüzkar ritorika və "quru dostluq mesajları" arasında itdiyini qeyd edən Qarqaş İranın yeni bir "reallıq" diktə etməyə çalışdığını müdafiə edib:

"İranın Hörmüz boğazını nəzarətə götürmək və ya BƏƏ-nin dəniz suverenliyini pozmaq cəhdləri xəyaldan ibarətdir".

Regiondakı etimad qeyri-müəyyənliyinə diqqət çəkən Qarqaş bu ifadələri işlədib:

"Ərəb qonşuları ilə birgə yaşamaq istəyən hər kəs anlamalıdır ki, etimad çatışmazlığı var və bu, şüarlarla deyil, məsuliyyətli ritorika, suverenliyə hörmət və xoş qonşuluq prinsiplərinə real sadiqliklə təmin edilə bilər".

Избранный
54
cebheinfo.az

1Источники