RU

İran Hörmüz boğazında nəzarət sərhədlərini açıqladı

İranın Hörmüz boğazından keçidi tənzimləmək üçün yaradılan "Fars Körfəzi Su Yolları İdarəsi" boğazda nəzarət etdiyi sərhədləri açıqlayıb.

Turkustan.az xəbər verir ki, "Fars Körfəzi Su Yolu İdarəsi" ABŞ-da yerləşən X şirkətinin rəsmi sosial media hesabı vasitəsilə Hörmüz boğazındakı nəzarət ərazilərinin sərhədlərini dərc edib.

Buna uyğun olaraq, sözügedən nəzarət ərazisi Hörmüz boğazının şərqində, İrandakı Mübarək dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cənubi Fuceyra xətti arasında, qərbində isə İrandakı Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn arasındakı xətt kimi müəyyən edilmişdir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
turkustan.az

1Источники