RU

​Haluk Leventdən pərəstişkarlarını üzən xəbər

Türkiyəli məşhur müğənni Haluk Levent səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib. Metbuat.az xəbər verir ki, sənətçi Eskişehirdə verdiyi konsertdən sonra AFAD rəsmiləri ilə keçiriləcək görüşə gedərkən halı qəfil pisləşib. Ankara şəhərində yerləşən Gazi Universiteti Tibb Fakültəsi xəstəxanasına aparılan Haluk Leventin mədə qanaxması keçirdiyi müəyyən edilib. Həkimlərin nəzarəti altında onun reanimasiya şöbəsinə yerləşdirildiyi və müalicəsinin davam etdiyi bildirilib.

Müğənninin rəhbərlik etdiyi AHBAP təşkilatı isə yayılan açıqlamada sənətçinin vəziyyətinin nəzarət altında olduğunu qeyd edib.

Избранный
37
metbuat.az

1Источники