RU

“Onlar bu təcrübədən çox şey götürəcəklər” Nazir

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycanda keçirilən bu forum nümunəvi və beynəlxalq tədbir kimi yaddaşlarda qalacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, müasir şəhərsalma strategiyaları, şəhərsalma mədəniyyəti, mədəni irsin qorunması və şəhərsalma nümunələri çox geniş müzakirəyə səbəb olur:

“Burada çox maraqlı mövzular çox fəal şəkildə həm xarici, həm daxili akademik təsisatların, beynəlxalq təşkilatların, mütəxəssislərin iştirakı ilə müzakirə olunur.

Bugünkü çox maraqlı sessiyamızda məhz işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan təcrübəsi müzakirə olunub. “Peace4Culture” (Mədəniyyət naminə sülh) layihəsi təqdim olunmuşdur, beynəlxalq platforma çərçivəsində, xarici tərəfdaşlarla birlikdə. Bunlar beynəlxalq təşkilatlardır vƏ onların iştirakı ilə bu gün çox maraqlı bir müzakirə həyata keçirildi.

Düşünürük ki, Azərbaycan təcrübəsi bütün sahələrdə olduğu kimi, şəhərsalma sahəsində də, zəngin tarixi ənənələrə malik olan Azərbaycan şəhərsalma mədəniyyəti və eyni zamanda da mədəni irsin qorunması, onun bərpası təcrübəsi dünya üçün də maraqlı təcrübə olacaq. Mübadilə formatında, dünyada bu sahə ilə məşğul olan və maraqlanan insanlar bu təcrübədən çox şey götürəcəklər”. 

Lamiyə Məmmədova

Foto: Xəyal Vəlizadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
qafqazinfo.az

2Источники