RU

Ceydon Sançodan inanılmaz rekord

UEFA Avropa Liqasının dünən İstanbulda baş tutan final oyununda "Frayburq"u darmadağın edərək (3:0) turnirin qalibi olan "Aston Villa"nın cinah hücumçusu Ceydon Sanço rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Sanço ardıcıl 3 mövsümdə 3 müxtəlif klubla fərqli qitəmiqyaslı turnirlərin finalında oynayan ilk futbolçu ünvanına sahib çıxıb.

İngiltərəli oyunçu 2023/2024 mövsümündə Dortmund "Borussiya"sı ilə UEFA Çempionlar Liqasının finalında "Real Madrid"dən alınan 0:2 hesablı yenilgiyə üzülüb.

26 yaşlı futbolçu 2024/2025 mövsümündə "Çelsi" ilə UEFA Konfrans Liqasında qələbə sevinci yaşayıb. Həmin vaxt London təmsilçisi finalda "Betis"i 4:1 hesabı ilə üstələyib.

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan Ceydon hər 3 finalda formasını icarə əsasında  geyindiyi klubların heyətində yer alıb. 

Toğrul

Избранный
28
1
fanat.az

2Источники