RU

Prezidentin xüsusi nümayəndəsi: “Laçına həyat geri qayıdır”

"Bu gün həyat Laçına geri qayıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Azərbaycan Prezidentinin Laçın və Kəlbəcər üzrə xüsusi nümayəndələri” adlı tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib:

"Bütün regionlar boyunca xüsusilə konflikt ərazilərində evlərin təmiri həm iqtisadi, həm də sosial baxımdan mühümdür. Bu gün Laçında böyük miqyasda infrastruktur qurulması aktiv şəkildə həyata keçirilir, yeni yaşayış məskənləri salınır.

Uzun müddətdir ki, davamlılığı artırmaq üçün addımlar atılır. Prezident İlham Əliyevin dediyi kimi, bizim əsas öncəliyimiz azad olunmuş əraziləri davamlı inkişaf edən əraziyə çevirməkdir. Vurğulamaq istəyirəm ki, həyat addım-addım Laçına geri qayıdır".

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
5
bizim.media

1Источники