RU

Kəlbəcərdə aparılan bərpa işləri tarixi ədalətin bərpasıdır – Bəşir Hacıyev

 

Kəlbəcərdə həyata keçirilən layihələr təkcə yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpası və insanların doğma yurdlarına qayıdışının təmin edilməsidir.Bunu Bəşir Hacıyev Dünya Şəhər Forumunun üçüncü sessiyası çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, işğal dövründə Kəlbəcərdə yaşayış məntəqələri və sosial infrastruktur dağıdılıb, tarixi-mədəni irsə qarşı vandalizm aktları törədilib, təbii sərvətlər və ekoloji mühit ciddi zərər görüb.

Bəşir Hacıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və inkişaf işləri həyata keçirilir. Onun sözlərinə görə, bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasına və regionların inkişafına mühüm töhfə verir.

Избранный
27
anews.az

1Источники