RU

Rossbax: "Afrikada urbanizasiya prosesi dünyanın digər regionları ilə müqayisədə daha sürətlidir"

"2050-ci ilədək Afrikanın şəhər əhalisi 600-900 milyon nəfər civarında artacaq".

Moderator.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) deyib.

Onun sözlərinə görə, hazırda Afrikada mənzil çatışmazlığı 60 milyonu ötür, mövcud urbanizasiya tempi davam edərsə, 2030-cu ilə qədər bu göstərici 130 milyonu keçəcək.

"Bu sahədə maliyyə boşluğu 1.4 trilyon ABŞ dollarından çoxdur", - deyə o qeyd edib.

"UN-Habitat" rəhbəri vurğulayıb ki, Afrikada urbanizasiya prosesi dünyanın digər regionları ilə müqayisədə daha sürətlə gedir.

Bununla yanaşı, o hesab edir ki, mövcud böhran mənzil tikintisi, bələdiyyə infrastrukturu, iqlimə davamlı tikinti və "yaşıl binalar"a keçid sahələrində böyük investisiya imkanları yaradır:

"Afrika şəhərlərinin gələcəyi bu onillikdə infrastruktur layihələrinin necə maliyyələşdirilməsi və həyata keçirilməsindən birbaşa asılıdır".

Избранный
16
1
moderator.az

2Источники