RU

Braziliyalı futbolçu Atalanta dan ayrılmaq istəyir

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Atalanta"nın yarımmüdafiəçisi Ederson yay "transfer pəncərəsi"ndə komandadan ayrılmağa hazırlaşır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu rəhbərliyə yeni müqavilə imzalamayacağını və karyerasını başqa klubda davam etdirmək istədiyini bildirib.​Mənbənin sözlərinə görə, ulduz futbolçunun bu qərarından sonra Avropa nəhəngləri hərəkətə keçib. "Mançester Yunayted" braziliyalı oyunçunun durumunu yaxından izləyir. "Qırmızı şeytanlar" Edersonu transfer siyahısına daxil edib və artıq onun nümayəndələri ilə əlaqə saxlayır. Qeyd edək ki, Berqamo təmsilçisi Ederson üçün 45 milyon avro tələb edir. Futbolçunun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
sport24.az

1Источники