Sia Az saytına istinadən ain.az xəbər verir.
“Bu gün biz Bakıda çox vacib bir zamanda toplaşmışıq. Dünyanın müxtəlif bölgələrində şəhərlər və icmalar təbii fəlakətlər, münaqişələr, məcburi köç, iqlim dəyişikliyi və mədəni kimliyin aşınması kimi ciddi çağırışlarla üz-üzədir”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırov “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlı panel sessiyasında səsləndirib.
Araz Bağırov bildirib ki, beynəlxalq müzakirələrdə əsas diqqət çox vaxt dağıntılar üzərində cəmlənsə də, əsas məsələ mənalı və dayanıqlı bərpa modelinin qurulmasıdır.
O qeyd edib ki, “SECURE” təşəbbüsünün məqsədi mədəni irsi yalnız böhrandan sonra qorunan dəyər kimi deyil, insan sabitliyi və dayanıqlı inkişaf üçün hərəkətverici qüvvə kimi təqdim etməkdir.
Sektor müdiri vurğulayıb ki, Azərbaycanın mədəni dirçəliş təcrübəsinə əsaslanan təşəbbüs Dayanıqlı İnkişaf Məqsədi 11, UNESCO prinsipləri və beynəlxalq dayanıqlılıq gündəliyi ilə uzlaşır.
Araz Bağırov əlavə edib ki, bugünkü müzakirələr siyasət, texniki dəstək, irsin qorunması, mədəniyyətlərarası dialoq və etimad quruculuğu sahələrində geniş təcrübəyə malik beynəlxalq nümayəndələri bir araya gətirir.
Onun sözlərinə görə, əsas məqsəd yalnız təşəbbüsü təqdim etmək deyil, həm də gələcək əməkdaşlıq və tərəfdaşlıq platformasının formalaşdırılmasıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.