RU

Məşhur Meksika pavilyonun "döyüşçüsü":

Ümümdünya Şəhərsalma Forumunda "Urban Expo"da ən məşhur pavilyonlardan biri də Meksikanın sərgi sahəsidir.Metbuat.az həmin pavilyonun qəhrəmanlarından açıqlama alıb. Rəngarəng geyimdə başında böyük lələkləri olanAlex Usacuatli Mətbuat.az- a bildirib ki, o bu obrazda döyüşçünü təmsil edir.Geyimim qədim Aztek döyüşçüsünün obrazını əks etdirir.Bu geyim Yaquar döyüşçüsünün və ölülər tanrısının simvolik təsviridir”.Alex Usacuatli Azərbaycan və Bakı barədə təəssüratlarını da bölüşüb:“Bu ölkə çox gözəldir. İnsanlar çox mehribandır, istiqanlıdırlar. Burada olmaqdan və insanlarla tanış olmaqdan çox məmnunuq. Dəvət üçün təşəkkür edirik”.Sərgidə iştirak edən digər nümayəndə Qvadalupe Arina isə tədbirin əsas məqsədinin müxtəlif mədəniyyətləri və fəaliyyətləri təqdim etmək olduğunu bildirib:“Biz burada qəhvə mədəniyyəti haqqında danışırıq. Uşaqlar və böyüklər üçün müxtəlif fəaliyyətlər təşkil etmişik”.O, geyimində istifadə olunan elementlərin mənasını da izah edib:“Bu, ‘Popoka Copalli’dir. Kopal tüstüsü mənfi enerjini uzaqlaşdırmaq üçün istifadə olunur. Əlimizdəki alətlə isə ilan və yağış səsinə bənzər səslər çıxarırıq”.

Gülbəniz Hüseynli / Mətbuat.az

Избранный
18
1
metbuat.az

2Источники