“Real Madrid”in futbolçusu Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka yenidən sosial media istifadəçilərinin diqqətini cəlb edib.
Publika.az xəbər verir ki, bloqçu meymunu öpərkən çəkilmiş videosunu paylaşıb. Video onun Braziliya milli komandasının futbolçusundan rəsmi olaraq ayrıldığını elan etməsindən bir neçə gün sonra ortaya çıxıb.
Fonseka Vinisiusla münasibətlərinə son qoymaq qərarına gəldiyini açıqlayıb. Lakin o, ayrılığın konkret səbəblərini deməyib.