RU

Pekin Moskvanın çıxılmaz vəziyyətindən istifadə edir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Elxan Şahinoğlu: “Putinin Çinə səfərinin əsas məqsədi baş tutmadı”

Rusiya Prezidenti Vladimir Putinin Pekinə son səfəri fonunda “Sibirin Gücü-2” qaz kəməri layihəsi yenidən beynəlxalq diqqət mərkəzinə çevrilib. Moskvanın Avropa bazarını itirdikdən sonra əsas enerji çıxış yollarından biri hesab etdiyi layihə ilə bağlı Çinin hələ də yekun razılıq verməməsi Rusiya-Çin münasibətlərindəki balans məsələsini gündəmə gətirib.

“Vaşinqton Post” nəşrinin məlumatına görə, layihə Rusiyaya hər il Çinə 50 milyard kubmetrə qədər qaz ixrac etməyə imkan verməlidir. Lakin uzun illərdir davam edən danışıqlara baxmayaraq, Pekin hələ də yekun razılaşmaları imzalamağa tələsmir: “Bu vəziyyət Rusiya-Çin tərəfdaşlığının məhdudiyyətlərini bir daha göstərib. Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Rusiya həm enerji, həm də sənaye üçün texnologiya və komponent tədarükü məsələlərində Çindən xeyli dərəcədə asılı vəziyyətə düşüb. Bununla belə, Pekin ehtiyatlı davranmağa davam edir və Moskvanın zəifləyən mövqeyindən maksimum fayda götürməyə çalışır.

Kremlin sözçüsü Dmitri Peskov danışıqlardan sonra etiraf edib ki, layihənin işə salınması üçün konkret tarix hələ də müəyyən edilməyib. Onun sözlərinə görə, tərəflər “əsas parametrlər üzrə ümumi anlaşmaya” gəliblər, lakin detallarla bağlı razılaşmalar hələ də davam edir. Si Cinpin və Vladimir Putin görüş zamanı ABŞ-ın son addımları fonunda birlik nümayiş etdirməyə çalışıblar. Birgə bəyanatda Moskva və Pekin “birtərəfli hegemonluğu” tənqid edib və digər dövlətlərə qarşı zərbələri pisləyiblər ki, bununla da faktiki olaraq ABŞ-ın İran və Venesuelaya qarşı hərəkətlərinə işarə ediblər. Si Cinpin həmçinin bildirib ki, dünyaya “birtərəflilik və hegemonizm” təhlükə yaradır, Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması isə enerji resurslarının tədarükü və qlobal ticarətin sabitliyi üçün vacibdir”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Pekində rəsmi səfərdə olub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin və onun ətrafının Çinə səfərin nəticələrini yüksək qiymətləndirməsinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsini razılaşdıra bilməyiblər:

“Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar” fikrini səsləndirsə də, Pekindən bu mövzuda oxşar açıqlama yayımlanmayıb. Bu boru kəməriylə bağlı müzakirələr 10 ildən çoxdur davam edir və hələ də nəticə yoxdur. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi qazın böyük həcmini Çinə satmağa çalışır. Pekin Moskva ilə tərəfdaşlığını davam etdirsə də, enerji idxalında şaxələndirmə prinsipinə üstünlük verir, yəni Çin neft və qaz alışında bir ölkədən asılı olmaq istəmir. Çin eyni zamanda Rusiyanın çıxılmaz vəziyyyətindən istifadə edərək qazın qiymətlərini aşağı salmağa çalışır. Digər tərəfdən Çin Rusiyaya yatırım qoymaqda ehtiyatlıdır, qonşusuna xammal bazası kimi baxır. Bu iki dövlətin strateji tərəfdaşlığı sadəcə taktiki xarakter daşıyır, hər ikisi ABŞ-ın hegemonluğunun zəifləməsində maraqlıdır”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
sherg.az

1Источники