RU

Dövlət katibi: Anqola mənzil tikintisində özəl sektora üstünlük verməyə başlayıb

Anqola mənzil təminatında dövlət-özəl tərəfdaşlığı modelini genişləndirməyə və özəl sektorun rolunu artırmağa başlayıb.

"APA-Economics" xəbər verir ki, bunu Anqolanın dövlət katibi Conceição Luís Cristóvão Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Siyasi öhdəlikdən icraya hazırlığa keçid" adlı nazirlər dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, ölkədə dövlət vəsaiti hesabına 350 mindən çox mənzil tikilsə də, sonradan mənzillərin ödənişi ilə bağlı problemlər yaranıb. Bu səbəbdən hökumət yeni modelə keçmək qərarına gəlib.

C.L.Cristóvão qeyd edib ki, yeni yanaşmaya əsasən dövlət su, enerji və digər kommunal infrastrukturu təmin edir, özəl sektor isə yaşayış evlərinin tikintisini həyata keçirir.

O bildirib ki, aztəminatlı ailələr üçün sosial mənzillərin tikintisi davam etdiriləcək, müəllimlər, həkimlər və digər orta gəlirli vətəndaşlar üçün isə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni layihələr reallaşdırılacaq.

Dövlət katibinin sözlərinə görə, hazırda Luandanın əhalisi 10 milyondan çoxdur və gələcəkdə bu rəqəmin 20 milyona çatacağı gözlənilir. Buna görə də hökumət mənzil təminatında özəl sektorla əməkdaşlığı genişləndirir.

Избранный
46
2
apa.az

3Источники