RU

Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi

Turan

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Azərbaycan Sağlamlıq və Termal Turizm Dəstək Assosiasiyasının dəstəyi ilə qurulan və Sumqayıtdakı Turan restoranlar şəbəkəsinin təşkilatçılığı ilə fəaliyyət göstərən Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi (TQTA), online peşə təhsil portalı ilə dünyada ilklərdən, Azərbaycanda isə yeganə olaraq, 21–27 May tarixlərində qeyd olunan Türk Mətbəxi Həftəsi çərçivəsində xüsusi hazırlıqlarını tamamlamışdır.Ulusum.az xəbər verir ki bu il “Bir Süfrədə Miras” teması ilə keçirilən həftə münasibətilə, mərkəzin mütəxəssisləri tərəfindən ənənəvi Türk mətbəxinin əsas yeməklərinə dair tariflər, hazırlanma mərhələləri və tarixi konteksti əhatə edən tədris materialları hazırlanmışdır. Bu materiallar tələbələrin istifadəsi üçün mərkəzin təhsil portalına yüklənmişdir.Mantı, sarma, keşkek, baklava və börək kimi yüzilliklərin süzgəcindən keçmiş yeməklər; yalnız resept olaraq deyil, hər birinin daşıdığı texnika, ritual və mədəni hekayə ilə birlikdə tələbələrə təqdim edilir. Bu yanaşma, mətbəxi yaşayan və nəsildən-nəsilə ötürülən bir mədəni miras kimi mənimsətməyi hədəfləyir.Mərkəz rəhbərliyi bildirir ki, bu təşəbbüs Azərbaycan və Türkiyə xalqlarının ortaq mədəni və irsi birliyinə töhfə vermək məqsədi daşıyır. İki qardaş ölkənin mətbəx mədəniyyətindəki dərin bağları gənc peşəkar nəsillərə ötürmək istiqamətindəki səylər davam edəcəkdir.Türk Mətbəxi Həftəsinin əhəmiyyəti ondadır ki, bu həftə mətbəxi sadəcə qida hazırlığı deyil, sağlamlıq, davamlılıq və mədəni kimlik prinsipləri çərçivəsində beynəlxalq səviyyədə tanıdır. Hər tarif bir dövrün izini, hər texnika isə bir yaşam tərzinin sənədini daşıyır — və bu birikim süfrədə yenidən canlanır.Bu prinsiplər mərkəzin yeni başlatdığı “Qidanı Qoru” təşəbbüsü ilə də birbaşa səsləşir. Qida israfının qarşısını almağa və davamlı mətbəx mədəniyyətini gənc peşəkarlara aşılamağa yönəlmiş bu hərəkat çərçivəsində mərkəz, Türk Mətbəxi Həftəsi boyunca tələbələri və ictimaiyyəti həm bu zəngin irslə, həm də qaynaqların qorunması mədəniyyəti ilə tanış etməyə davam edəcəkdir.Əlaqə:Turan Qastro Turizm Peşə Hazırlıq MərkəziSumqayıt şəhəri, Səməd Vurğun küçəsi 8Tel: +994 51 769 61 81 | www.tqta.az

Diqqət Çəkənlər

Azərbaycan neftinin qiyməti 112 dollar oldu

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Избранный
19
3
ulusum.az

4Источники