RU

Pirallahı rayonu çiçəklənməyə davam edir - FOTOLAR

Son illərdə paytaxt Bakı şəhərində və ölkənin müxtəlif regionlarında genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən bu layihələr şəhər və rayonların simasının müasirləşdirilməsinə, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

"Unikal" xəbər verir ki, paytaxtın sürətlə inkişaf edən inzibati ərazilərindən biri olan Pirallahı rayonunda da yenidənqurma və abadlıq işləri yüksək səviyyədə davam etdirilir. Rayon ərazisində yolların, parkların və ictimai məkanların yenilənməsi, yaşayış mühitinin daha komfortlu və estetik görünüş alması istiqamətində mühüm tədbirlər görülür. Bununla yanaşı, rayonda yaşıllaşdırma işlərinə xüsusi diqqət ayrılır. Ağac və dekorativ kolların əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunaraq genişləndirilməsi Pirallahının ekoloji mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.

Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Pirallahı rayonu gündən-günə daha da gözəlləşir, müasir və füsunkar görkəm alır. Rayonun abad siması, təmiz və səliqəli küçələri, yaşıllıqla əhatə olunan məkanları həm sakinlərin, həm də rayona gələn qonaqların böyük rəğbətini qazanır və onlarda xoş təəssürat yaradır.

Избранный
2
unikal.az

1Источники