Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Koreya Respublikasından olan iştirakçı Çan Yu Kim AZƏRTAC-ın müxbirinə verdiyi eksklüziv şərhdə rəqəmsal texnologiyaların dayanıqlı şəhər inkişafı üçün vacib bir vasitəyə çevrildiyini bildirib.
O, müasir ağıllı infrastruktur həllərinin enerji istehlakını azaltmağa və şəhər mühitinin keyfiyyətini yaxşılaşdırmağa kömək etdiyini vurğulayıb. Çan Yu Kim Bakının nəqliyyat və mənzil sektorlarında innovativ yanaşmaların tətbiqində yüksək potensial nümayiş etdirdiyini qeyd edib. O, həmçinin qlobal iqlim məqsədlərinə çatmaq üçün beynəlxalq təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
Müxbir - Vüqar Seyidov