RU

WUF 13: Uşaqların şəhərsalma mövzulu rəsm sərgisi keçirildi - FOTOLAR

Artıq bir neçə gündür Azərbaycan paytaxtı böyük bir hadisəyə - WUF 13 sessiyasına ev sahibliyi edir. Bu tədbirlərin davamı olaraq bu gün Ortaq Dəyərlər İctimai Birliyi ilə Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə WUF mövzusunda rəsm sərgisi təşkil olunub.

Sərgi barədə Bakıvaxtı.az-a məlumat verən Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, sərgidə iştirak edən uşaqların bir çoxu ilk dəfədir belə beynəlxalq əhəmiyyətli tədbir çərçivəsində öz işlərini nümayiş etdirirlər və bu təcrübənin onların gələcək rəssamlıq karyerasında yaddaqalan olacağı düşünülür. Sərgi BMT-nin tədbiri çərçivəsində keçirildiyindən xüsusi əhəmiyyət daşıyır.

A.Camal qeyd edib ki, sərgidə təqdim olunan rəsmlərdə əsas mövzu gələcəyə yönəlib. Burada böyüməkdə olan şəhərlər, urbanizasiya prosesinin yaratdığı problemlər və bu problemlərin gələcək nəsillər tərəfindən necə həll edilə biləcəyi kimi mövzular əks olunub. Onun dediyinə görə, ümumilikdə işlərdə şəhərləşmə və urban inkişaf ideyası aparıcı xətt kimi çıxış edir.

Müsahibimiz onu da qeyd edib ki, Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin, smart kəndlərin salınması, şəhər planlaması və infrastruktur layihələrinin icrası istiqamətində işlər aparır:

“Bu proseslər də sərgidə təqdim olunan rəsmlərdə müxtəlif formada öz əksini tapıb”.

Zeynəb Rzayeva

Избранный
22
1
bakivaxti.az

2Источники