RU

Kamila Kokina: Mənzil siyasətinin formalaşdırılmasında yerli bilik və təcrübələr əsas götürülməlidir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 may, AZƏRTAC

Mənzil siyasətinin formalaşdırılmasında yerli bilik və təcrübələrin əhəmiyyəti ön planda olmalıdır. İnsanların real həyatda üzləşdikləri çətinlikləri, qeyri-qənaətbəxş mənzil şəraitini və bu problemlərin aradan qaldırılması üçün reallaşdırılan təşəbbüsləri dərindən araşdırmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatçısı Kamila Kokina WUF13 çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada söyləyib.

O vurğulayıb: “Qlobal mənzil problemlərini dərk etmək üçün yalnız statistik məlumatlar kifayət etmir, insanların real yaşayış şəraitinin və gündəlik təcrübələrinin nəzərə alınması vacibdir. Ona görə də mövcud məlumatların toplanması, rəsmi şəkildə tanınması və onların siyasətə inteqrasiyası mənzil böhranının həllində əsas istiqamətlərdən biridir”.

Müxbirlər – Göyçək Mahmudlu, Elgün Niftəli, Mehrac Ağasıyev

Fotoqraf – Tofiq Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
azertag.az

2Источники